15 dərəcə şaxta var - Faktiki hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.
Düşən yağıntının miqdarı Astarada 25.0 mm, Şamaxıda 20.0 mm, Qax, Şəkidə 12.0 mm, Lerikdə 11.0 mm, Lənkəranda 10.0 mm, Oğuz, Şahbuzda 8.0 mm, Ləzə, Qəbələdə 7.0 mm, Zaqatalada 6.0 mm, Balakən, Yardımlıda 4.0 mm, Mingəçevir , Xınalıq, Naxçıvanda 2.0 mm, Şərurda 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Nefçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Fevralın 8-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10-dək° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti olub.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...