Premyer Liqa: Tura "Qəbələ" - "Neftçi" oyunu ilə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Ilk oyun günündə bir görüş keçiriləcək. Açılış matçında "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olacaq.
Hazırda "ağ-qaralar" 44 xalla 3-cü, "qırmızı-qaralar" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəlib. Bunların 27-də paytaxt klubu, 17-də əyalət təmsilçisi qələbə qazanıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var - 86:67.
"Neftçi" son 2 matçda iki qol vurub və qalib gəlib. "Qəbələ" son 5 ev oyununda rəqib qapısına yol tapıb.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral (cümə)
15:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Akif Əmrəli, Zöhrab Abbasov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, turun "Turan Tovuz" - "Kəpəz" və "Qarabağ" - "Sabah" oyunları fevralın 11-də, "Səbail" - "Zirə" və "Sumqayıt" - "Şamaxı" matçları isə fevralın 12-də keçiriləcək.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...