Huner Group “Turan Tovuz”un baş sponsoru oldu
“Turan Tovuz” PFK ilə Huner Group arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Ölkənin inşaat sektorunda qabaqcıl şirkətlərdən hesab olunan Huner Group “Turan Tovuz” klubunun baş sponsoru qismində çıxış edəcək. Fevralın 11-də Tovuz şəhər stadionunda Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsini “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov və Huner Group-un təsisçisi Ehtiram Quliyev imzalayıblar.
Tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb. Bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Ehtiram Quliyev bildirib ki, ölkəmizdə, xüsusilə də bölgələrdə futbolun inkişafına töhfə qatmaq bizim üçün qürurvericidir: "İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq, komandamız tezliklə öz şanlı tarixi günlərinə geri qayıdacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək".
Qeyd edək ki, xidmət göstərdiyi sahələrdə uğurlu nəticələr əldə edən Huner Group özünəməxsus tərzi, fərqli yanaşması və yaradıcı həll təklifləri ilə bugünədək müxtəlif layihələr həyata keçirib. Biznesin fərqli sahələrində xidmət göstərən şirkətlər qrupunun əsas fəaliyyət istiqaməti inşaatdır. Huner Group Azərbaycanın ən böyük şəhərsalma layihələrindən biri hesab edilən Bakı Ağ Şəhərdə bir-birindən fərqli dörd yaşayış kompleksini uğurla inşa edib. Şirkət yaratdığı etibarlı və nüfuzlu marka dəyərini qoruyaraq iqtisadiyyatın və sahibkarlığın inkişafında daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...