Lunyovun “Qarabağ”a keçmək variantı qalır

14:25 13-02-2023 | icon 815
Lunyovun “Qarabağ”a keçmək variantı qalır

“Bayer”in qapıçısı Andrey Lunyovun “Qarabağ”a keçmək variantı hələ də qalır. Bunu rusiyalı qolkiperin meneceri Anton Smirnov deyib.
 
O, 31 yaşlı Lunyovun mövsümün sonunda Azərbaycana köçə biləcəyini istisna etməyib:
 
“Zədəli olduğu üçün aktiv danışıqlar dayandırıldı. Bütün variantlar yay üçün qalır. İngiltərəni də nəzərdən keçirəcəyik. Əməkdaşlıq müqaviləsi bağladığımız BASE agentliyindən Böyük Britaniyada variantları gözləyirik. Türkiyə variantı da qalır. Eyni zamanda, “Qarabağ”ı da istisna etmirəm. Biz bütün variantları nəzərdən keçirəcəyik”.
 
Qeyd edək ki, Andrey Lunyovun “Bayer”lə müqavilə müddəti mövsümün sonuna qədərdi.


Digər xəbərlər

0.24943494796753