Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Heydər Əliyev olub

09:55 16-02-2023 | icon 883
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Heydər Əliyev olub

Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə
çevirən Ulu Öndər Heydər Əliyev olub.
Bu sözləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik
Stansiyasının təməlqoyma mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə
Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci
bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb.
İlham Əliyev əlavə edib ki, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci
Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu: “O vaxt döyüş meydanında məğlub olan
Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik
Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu.
Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri
tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub
olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan
çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.
İlham Əliyev bildirib ki, indi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki
Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır,
təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə
gücləndirəcək.
Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə
olacağını qeyd edən dövlət başçısı deyib: “Yüzlərlə yeni iş yerləri yaranacaq və
beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı
ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha
böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət
qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1
milyard kubmetr qaza qənaət edilsin”.
Prezident İlham Əliyev vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına
böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti
töhfə olacaq.
İlham Əliyev qeyd edib ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o
cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən
biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması
prosesi başlayıb.
Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə
verildiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə
deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya
gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində
təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir
böyük stansiyanın tikintisi deməkdir”.

Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.25658917427063