Tahir Gözəl: “Bugünkü qələbə böyük acımıza kiçik təsəllidi”

01:58 17-02-2023 | icon 855
Tahir Gözəl: “Bugünkü qələbə böyük acımıza kiçik təsəllidi”

“İlk öncə Türkiyə xalqına təəssüfümüzü, kədərimizi bildirirəm. “Qarabağ” klubun ən acılı günlərimizdə xalqımıza təsəlli olub. Bugünkü qələbə də böyük acımıza kiçik təsəllidi. “Qarabağ” bugün pley-offda qələbə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atdı. Lakin cütün taleyi hələ həll olunmayıb. İndi əsas məsələ cavab oyununda mərhələ adlamaqdı. Mən özüm də fevralın 23-də Belçikada olacam. Bizim üçün tarixi bir oyundu”.

Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının pley-offunda “Gent”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Klub rəhbəri “Qarabağ”ın heç bir futbolçudan asılı olmadığnı bildirib: “Bu gün heyətimizdə çox dəyişikliklər var idi. Zədəlilər, gedənlər oldu. Amma sevinirəm ki, bu gün “Qarabağ” heç bir futbolçudan asılı olmadığını göstərdi. Oyundan əvvəl çoxları heyətdəki dəyişikliklərə görə “Qarabağ”ın vəziyyətindən narahat idi. Göründü ki, artıq “Qarabağ” ənənəsi olan bir Avropa klubudu. Qurban hocanın da bu gün məharətini gördük”.

O, səfərə də qələbə üçün yollanacaqlarını deyib: “Bugünkü oyun ümidləndirdi bizi. Rəqib əks-hücumlarda çox təhlükəlidi. Cavab matçında çox diqqətli olmalıyıq. Hesab edirəm ki, yeni transferlərin bir qədər zamanı ehtiyacı olduğu üçün hər oyundan oyuna daha güclü “Qarabağ” görəcəyik. Səfərdə də qələbə qazanmaq istəyirik”.

Tahir Gözəl qələbəni Türkiyə xalqına ərməğan etdiklərini vurğulayıb: “Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”.

Klub prezidenti vurğulayıb ki, vidalaşdıqları futbolçular özləri getmək istəyiblər: “Təşəbbüs futbolçulardan gəlib. İstər Vadji olsun, istər Kadi, istər Ovusu. Qanun da qalmaq istəməyən futbolçunu komandada zorla saxlamağa imkan vermir. Futbolçuların gedişini əngəlləmək üçün onların qarşısında çətinliklər yaradırıq. Məsələn, Kadiya deyilmişdi ki, minimum 5  milyon avro qarşılığında “Qarabağ”dan gedə bilərsən. Əlimizdən gəldiyi qədər futbolçularla müqvilələrdə klubun xeyrinə olan şərtlər daxil edirik. Amma bir klub bizə 5 milyon avro, futbolçuya da dördqat artıq maaş verirsə, onu heyətdə saxlaya bilmərik. Dubayda təsadüfən Kadi ilə görüşdüm. O dedi ki, “Qarabağ” heç vaxt unuda bilməyəcəyim evimdi. Qurban Qurbanovun liderliyindən, bacarığından, məharətindən danışdı. “Qarabağ”ı “Qarabağ” edən budu. Bu ruh, bu enerji bizdə olduqca komandamıza qoşulan futbolçular burada inkişaf edəcəklər”.

Sonda T.Gözəl bugünkü matçda ikinci hissədə meydana çıxan yeni transferlərin çıxışını dəyərləndirib: “Komandaya qısa müddət əvvəl qoşulduqlarını nəzərə alsaq, onlardan razı qaldım. 100 faiz deməzdim. Çünki bunun üçün vaxt lazımdı. Etiraf edim ki, bu gün oyuna həyəcanla baxırdım. Ona görə ki meydanda yenilənmiş “Qarabağ” var idi”.  


Digər xəbərlər

0.24557495117188