Qaradağda növbəti vətəndaş qəbulu - Foto

19:13 17-02-2023 | icon 1076
Qaradağda növbəti vətəndaş qəbulu - Foto

Fevralın 17-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Korgöz qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak edib.

 
 

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 



Digər xəbərlər

0.26336789131165