“Qarabağ”ın cavab oyunu şotlandlara tapşırıldı

19:44 21-02-2023 | icon 906
“Qarabağ”ın cavab oyunu şotlandlara tapşırıldı

“Gent” və “Qarabağ” komandaları arasında Belçikada keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

 
 

Baş hakim Uilyam Kollama Frensis Konnor və David Roome laynsmanlar qismində kömək edəcək.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.


Digər xəbərlər

0.30667090415955