Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb

00:54 28-02-2023 | icon 848
Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb.

Toplantı "idman həftəsi" çərçivəsində baş tutub.

Milli Gimnastika Arenasında baş tutan tədbirdə 10 televiziya kanalı, 4 agentlik, 14 xəbər portalı və 2 qəzetdən ümumilikdə 33 media nümayəndəsi iştirak edib.

Nazir idman jurnalistikasının idman ictmaiyyətinin bir qolu olduğunu bildirib. O, medianın federasiyalarla əməkdaşlığı genişləndirməsinə ehtiyac olduğunu söyləyib.

Tədbirdə bu sahənin çətinlikləri və inkişaf yolları müzakirə edilib. Jurnalistlər onları narahat edən məsələlər barədə danışıb və təkliflərini səsləndiriblər.


Digər xəbərlər

0.28684592247009