Azərbaycan derbisində qalib müəyyənləşmədi - Video

00:59 28-02-2023 | icon 1571
Azərbaycan derbisində qalib müəyyənləşmədi - Video

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Turun sonuncu matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutub.

Oyunda hesabı da qonaqlar açıblar. Amma Ağdam klubu matçın sonlarında hesaba tarazlıq gətirməyi bacarıb. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun daha öncə baş tutan oyunlarında “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) bitibsə, “Turan Tovuz” “Zirə”yə (0:2), “Sumqayıt” “Kəpəz”ə (1:2) uduzub, “Şamaxı” da “Sabah”ı məğlub yola salıb.

Azərbaycan Premyer Liqası
XXIV tur
27 fevral

“Qarabağ” – “Neftçi” 1:1
Qol: H.Haqverdi, 83-öz qapısına – K.Lebon, 33.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 20:00.

 

 
 
 

Digər xəbərlər

0.28319406509399