Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi prioritetdir 

10:01 03-03-2023 | icon 541
Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi prioritetdir 

       Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Bu isə ölkəmizin beynəlxalq imicinin, dünya ailəsi birliyində tanınmasının əsas açarıdır. Dövlətimizin həyata keçirtdiyi tədbirlər sayəsində biz beynəlxalq təcriddən çıxmışıq, nizami ordumuz vardır, beynəlxalq miqyasda əməkdaşlığımız gündən-günə genişlənir, dövlətin milli maraqları qorunmaqdadır.

      Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bilib. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə etdilər.

       YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur.

        YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur.

       Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Bu yaxınlarda qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır.

      Düşünürük ki, Prezident İlham Əliyevin Sədri olduğu partiya öz məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə diplomatik uğurlara imza atır, beynəlxalq aləmdəki reallıqlarla bir addımlayır. 

 

Balağa Panaliyev,

Cəlilabad RMX PHŞ poliklinka

 şöbəsində həkim terapevt


Digər xəbərlər

0.27030897140503