Milli maraqlar və müstəqillik ideyaları amalımızdır

10:03 03-03-2023 | icon 540
Milli maraqlar və müstəqillik ideyaları amalımızdır

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. Müstəqilliyin ilk illəri hərbi məğlubiyyət və daxili böhranla tarixə düşüb. Ölkə daxilində gedən xoşagəlməz proseslər və siyasi çəkişmələr böhranı daha da dərin etmişdir. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu.  

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

            Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.

İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.

       Ən əsası da odur ki, nailiyyətlər heç də boş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bu günkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı fenomen insan Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən  islahatların sayəsndə biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik.

      Biz əyani şəkildə görürük ki,  xalqın böyük etimadını, inamını qazanan YAP-ın  VII qurultayı ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi olmuşdur. İnanırıq ki, effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək, yeni keyfiyyət dəyişiklikləri partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq.

 

Ələkbər Niftiyev,

Cəlilabad rayon Seyidbazar kənd

 tam orta məktəbin direktoru


Digər xəbərlər

0.23650598526001