Rauf Xəlilov: "Azərbaycanda qolfun inkişaf etdirilməsini istəyirik"

17:50 04-03-2023 | icon 1182
Rauf Xəlilov:

"Ölkədə qolfun inkişaf etdirilməsini istəyirik".

Bunu açıqlamasında Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Rauf Xəlilov səfirliklər arasında baş tutan turnirdən sonra deyib.

O, ölkə rəhbərliyinin idmana böyük diqqət ayırdığını bildirib: "Qolf Azərbaycan üçün gənc idman növüdür. Dünyada isə xüsusi tarixə malikdir. Bu gün səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında yarış təşkil olundu. Çox gözəl tədbir alındı. Qolfun inkişafı üçün əlimizdən gələni edirik. Gənclər və İdman Nazirliyi də bizə köməklik göstərir. Hər il bu turniri keçirmək niyyətindəyik. Altı aydan sonra Türkiyə ilə birlikdə yarış baş tutacaq. Hələlik bu barədə açıqlama vermək istəmirəm".

Federasiya rəhbəri qolfun imkanlı şəxslərin idman növü olması fikri ilə razılaşmadığını söylərinə əlavə edib: "Məktəblərlə danışırıq və onların da cəlb olunmasını istəyiriik. Nazirliklə məsləhətləşirik. Bizdə 7 yaşlı qolfçu var, beynəlxalq yarışda medal da qazanıb. O, bizim gələcəyimizdir".

AQF-nin baş katibi Leyla Abbasova qolfun kütləviliyinə nail olmağa çalışdıqlarını deyib: "Bunun üçün müəyyən işlər görülür. Müxtəlif turnirlər də təşkil olunacaq. Bugünkü tədbir də yüksək səviyyədə keçirildi. Dəvətimizi qəbul edib yarışa qatılanlara təşəkkür edirəm".


Digər xəbərlər

0.25002098083496