Azərbaycan elit-raunda birbaşa vəsiqə qazandı

13:45 09-03-2023 | icon 417
Azərbaycan elit-raunda birbaşa vəsiqə qazandı

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsinin qrup oyunlarına yekun vurulub.

Son matçlardan sonra elit-raunda birbaşa vəsiqə qazanan 16 komanda, eləcə də əsas mərhələnin pley-off oyunlarında iştirak edəcək 8 yığma müəyyənləşib.


Öz qrupunda 9 xalla ikinci olan millimiz elit-raundda iştirak edəcək.

Elit-raunda birbaşa yüksələn komandalar: Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna, Ermənistan.

 
 

Əsas mərhələnin pley-off mərhələsində iştirak edəcək komandalar: Belçika, Çexiya, Almaniya, Macarıstan, Litva, Moldova, İsveç, Niderland.

Qeyd edək ki, elit-raundun püşkü bu il iyulun 5-də atılacaq. Qrup oyunları isə dekabrın 20-dək yekunlaşacaq. Bu mərhələnin pley-off oyunlarının püşkü gələn il yanvarın 25-də, oyunları isə 8-17 apreldə keçiriləcək.

Elit-raundda ümumilikdə 20 komanda mübarizə aparacaq. Komandalar 5 qrupa bölünəcək və hər qrupda 4 iştirakçı yer alacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı qrup ikincisi isə pley-off oyununda üz-üzə gələcək və onlardan ikisi həlledici mərhələdə (Avropa üzrə cəmi 7 komanda) iştirak edəcək.


Digər xəbərlər

0.29014611244202