Səttar Möhbalıyev: “Azərbaycan dünyada sülh və sabitlik naminə mühüm işlər görür”

10:15 10-03-2023 | icon 952
Səttar Möhbalıyev: “Azərbaycan dünyada sülh və sabitlik naminə mühüm işlər görür”

“Milli maraqlara əsaslanaraq tamamilə müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu
tərəfdaşlıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası
beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini möhkəmləndirir,
nüfuzunu durmadan artırır. Əminliklə deyə bilərik ki, regionda əhəmiyyətli gücə
çevrilən Azərbaycan qlobal müstəvidə də sülh və təhlükəsizliyə mühüm töhfələr
verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri
ölkəmizlə ünsiyyətə, münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi
önəm verirlər. Həmçinin hazırda qlobal gərginliyin artdığı, kəskin böhranın
yaşandığı bir dönəmdə Azərbaycanın xilaskar missiyası, o cümlədən dünyanın
enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr beynəlxalq ekspertlər və
siyasi xadimlər tərəfindən son zamanlar ən çox müzakirə edilən mövzulardandır”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Eləcə də Azərbaycan bu gün dünyanı narahat edən problemlərin müzakirə
olunduğu mərkəz kimi tanınır. Hazırda paytaxt Bakıda Qoşulmama Hərəkatının
Zirvə görüşünün ardından “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X
Qlobal Bakı Forumu keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi
və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin
mövzusu bundan əvvəlkilər kimi kifayət qədər aktualdır. Forumda 4 Prezident, 2
Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq
prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri
olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirakı bu platformaya ildən-ilə artan marağı göstərir. Ötən forumlar kimi, inanırıq ki, builki Forum da bəşəriyyətin üzləşdiyi çətinliklərin dərindən araşdırılması, həlli yollarının müəyyən edilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olacaq”, -
Milli Məclisin deputatı bildirib.

“Forumun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyada baş
verən proseslərə ölkəmizin yanaşmasını, qlobal böhran şəraitində atdığı addımları,
pandemiya dövründə gördüyü işləri iştirakçıların diqqətində çatdırmaqla
Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğunu bir daha sübut etdi.
Həmçinin dövlətimizin başçısı Ermənistanın uzun illər davam etmiş işğal
siyasətini, onun acı nəticələrini, eləcə də işğalı aradan qaldırmaq üçün
Azərbaycanın danışıqlara sadiq qaldığını, bunun heç bir nəticə vermədiyini və
müharibənin qaçılmaz olduğunu faktlarla göstərdi. Forum iştirakçıları nüfuzlu
sabiq dövlət və hökumət başçıları, tanınmış beynəlxalq ekspertlər, zəngin
düşüncəli insanlardır. Təbii ki, bu barədə onların məlumatlandırılması imkan
verəcək ki, Azərbaycanın bölgədə müəllifi olduğu yeni reallıqlar, haqlı mövqeyi
dünya ictimaiyyətinə çatsın”, - Səttar Möhbalıyev vurğulayıb.
AHİK sədri qeyd edib ki, ümumiyyətlə, dövlətimizin başçısı cənab İlham Əliyev
hər zaman beynəlxalq tribunalardan səsləndirdiyi fikirlərlə, irəli sürdüyü
təşəbbüslərlə dünya ölkələrini sülhə, sabitliyə, ədalətə çağırır.
Onun sözlərinə görə, Qoşulmama Hərakatının sədri olaraq Prezidentimizin
gördüyü işlər dünyada Azərbaycanın müsbət imicini formalaşdırıb: “Çox da uzağa
getməyək, elə pandemiya dövründə dünya miqyasında atdığı addımlar kifayət edir
ki, Azərbaycan Prezidentinin ədalətli mövqeyini görəsən. O, öz ölkəsi ilə yanaşı,
digər ölkələrin, o cümlədən bəşəriyyətin gələcəyi naminə də səylə çalışır”.


Digər xəbərlər

0.26382398605347