Maştağanın əsas narkotaciri tutuldu - Video


Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, içərilərində qadın narkotacir də olan ümumilikdə 7 nəfər saxlanılıb. Belə ki, Maştağa qəsəbə sakini Malik Qədimovun yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. O, Maştağada narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri iranlı narkotacirdən aldığı müəyyən edilib. Malik Qədimovun paytaxtda narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvləri də saxlanılıb. Tədbirin davamı olaraq 5 nəfər saxlanılıb. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub.
Sabunçu polisinin keçirdiyi digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova saxlanılıb. Onun yaşadığı evdən marixuana, heroin və metamfetamin aşkar olunub. E.Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Mübarizə tədbirləri davam etdirilir.

-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...