Ölkəmiz qlobal dialoq məkanına çevrilib 

18:37 13-03-2023 | icon 801
Ölkəmiz qlobal dialoq məkanına çevrilib 

Prezident İlham Əliyevin cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurub. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı olub. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirdir. Dünyanın lider dövlətlərindən nümayəndələrin iştirakı sübut edir ki, Foruma maraq çox böyük olub və bəşəriyyətin böyük transformasiyaya qədəm qoyduğu bir dövrdə Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə edildiyi məkana çevrilib.

       Dövlət başçımızın vurğuladığı kimi, indi dünya özünün çətin dövrünü yaşayır. Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq.

      Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışıb. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

      Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən Əsrin Müqaviləsi Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüququ baza rolunu oynayırdı. Bütün dövlətlər tərəfindən ratifikasiya edilən müqavilə ulu öndər Heydər Əliyev tərəfindən  imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında  böyük rol oynadı. Məlumdur ki, Azərbaycan Avropanın ən böyük, etibarlı enerji təminatçısıdır, Azərbaycan nefti, qazı və enerji resursları Avropaya nəql olunur. Bu gün Azərbaycan Avropaya inteqrasiya istiqamətində çox mühüm addımlar atır və nəhəng layihələr davam etdirilməkdədir. Bu isə Vətənimizin çiçəklənməsi, daha da varlanması demıkdir, vətəndaşlarımızın firavan həyatının təminatına aparır.

Əfrahim Hüseynov,

Cəlilabad rayon Alar kənd

xəstəxanasının baş həkimi, YAP veteranı


Digər xəbərlər

0.30303812026978