Regionda sülhün və sabitliyin bərqərar edilməsi dövlətimizin əsas məqsədidir  

18:40 13-03-2023 | icon 606
Regionda sülhün və sabitliyin bərqərar edilməsi dövlətimizin əsas məqsədidir
 

    Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda dünyanı narahat edən beynəlxalq məsələlər barədə tədbir iştirakçılarına öz fikirlərini çatdırdı. İndi artıq sülh qurmaq vaxtıdır. Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir.

    

      Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Azərbaycan işğal altındakı ərazilərini azad etdikdən sonra Ermənistanla sülh şəraiti yaradılması istiqamətində qəti addımlar atır. Bunun üçün İrəvana sülh müqaviləsi üzərində işləmək, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini həyata keçirmək və təbii ki, Zəngəzur dəhlizini açmaq kimi təkliflər verilib. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.          

Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakinindiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.

      Ölkə başçısı Forumda bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Prezidentin bu dəqiq mövqeyi qarşı tərəfə ciddi xəbərdarlıqdır.

 

Rövşən Mirzəyev,

 Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi     


Digər xəbərlər

0.29418802261353