“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi


Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatçılarından biri dəqiqləşib.
26-cı turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk “üçlük”də yerini təmin edib. Bununla da Qurban Qurbanovun komandası həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.
Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdamlıların aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.
“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan “Qarabağ” bürünclə kifayətlənib.
Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakılıların 20 mükafatı var.
-
Fərid Qayıbov ötən ay beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla görüşüb
...
-
Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub
...
-
“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı
...
-
Premyer Liqada 28-ci tur başlayır
...
-
Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub
...
-
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
...
-
Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb
...
-
Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı
...
-
Azərbaycan millisinin buraxdığı 5 qol - Video
...
-
Millimiz İsveçə qarşı
...