“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

18:45 13-03-2023 | icon 667
“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatçılarından biri dəqiqləşib.

26-cı turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk “üçlük”də yerini təmin edib. Bununla da Qurban Qurbanovun komandası həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdamlıların aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

 
 

“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan “Qarabağ” bürünclə kifayətlənib.

Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız  “Neftçi”dən geridədir. Bakılıların 20 mükafatı var. 


Digər xəbərlər

0.28029489517212