Fərid Qayıbov: “Olimpiada ərəfəsində hər kəs maksimum nəticə göstərməyə çalışacaq”
“Olimpiada ərəfəsində hər kəs həm bu il, həm də gələn ilin əvvəllərində maksimum nəticə göstərməyə çalışacaq”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq davam edir: “Olimpiada ilə bağlı proqnoz vermək çətindir. Federasiyalar səylə çalışırlar. Bütün idmançılarımızın yanındayıq, onlara dəstəyimizi əsirgəmirik”.
Nazir Böyük Şor gölü sahilində salınan qaçış zolağının açılışı ilə bağlı da fikir bildirib. O, parkda əhali üçün yaxşı şərait yaradıldığını söyləyib: “Bu cığırın salınmasında dəstək göstərən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə təşəkkürümü bildirirəm. İdman sağlamlıqdır, hər kəsi qaçmağa dəvət edirəm. Bu parkda da qaçmaq üçün hər cür şərait var”.
Qeyd edək ki, Azərbaycan yığmasından hələlik yalnız atıcı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...