“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb


11 mart tarixində Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres” keçirilib. Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək verməkdir.
Konqresdə müxtəlif sahələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış ediblər. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da mobil operatorun tətbiq etdiyi uğurlu sosial layihələrlə bağlı təcrübələrini bölüşüb: “Nar olaraq cəmiyyətin həssas qisminə yönəlik layihələr etməkdə davam edirik, “Təlim məktəbi” və “Jest dili” kimi layihələrimizlə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmağa çalışırıq”. Mobil operator indiyədək fiziki məhdudiyyətli insanlara yönəlik davamlı sosial layihələrlə çox sayda insanın həyatında müsbət dəyişikliklər edib.
“Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar üçün həyata keçirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?
...
-
“Hell Energy” Azərbaycanda alüminium içki qutularını istehsal edəcək
...
-
“Azeri Light” bahalaşır
...
-
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
...
-
“Azeri Light”ın qiyməti 80 dolları ötdü
...
-
Dollara tələb 2 dəfədən çox artıb
...
-
“Azeri Light”ın qiyməti 76 dollara düşdü
...
-
Neftimiz bahalaşır
...
-
Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!
...
-
“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da
...