DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.
Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam edir.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...