DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirdi

14:10 16-03-2023 | icon 831
DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.

 

Tədbirin çıxışçıları Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulayıblar.

 


Digər xəbərlər

0.29090094566345