Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!

14:16 16-03-2023 | icon 979
Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!

“Nar” xaricdə yaz tətilini daha yaddaqalan etmək istəyən müştəriləri üçün sərfəli rouminq
paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq
paketindən yararlanmaq üçün rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz
ölkəyə uyğun istənilən rouminq paketini “Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rominq
bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.
 
Təqdim olunan “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB
internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1
GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki,
“Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni
bu trafik sizin internet paketinizdən çıxılmayacaq.
Bütün abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar”ın “Roaming 9”,
“Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin
istifadə müddəti isə 15 gündür. Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını
yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. Rouminq xidməti haqqında bütün
məlumatları nar.az/abroad bölməsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.26685190200806