Sabah 21° isti olacaq
Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...