Qaradağda Novruz şənliyi təşkil olundu - Fotolar

00:54 18-03-2023 | icon 930
Qaradağda Novruz şənliyi təşkil olundu - Fotolar

Martın 17-də Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında Novruz bayramı geniş qeyd olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, RİH başçısının müavinləri və şöbə müdirləri, Şura üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 
 

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi münasibəti ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq Süleyman Mikayılov rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri birgə bayram tonqalını yandırıb.

S.Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib.

 

 






Digər xəbərlər

0.26677989959717