Akademik Musiqili Teatrda “Adamın adamı”

00:57 18-03-2023 | icon 1111
Akademik Musiqili Teatrda “Adamın adamı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın
“Adamın adamı” pyesinin (bəstəkarı Xalq artisti Vasif Adıgözəlov) məşqlərinə
başlanılıb.
İlk məşqdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev səhnə əsəri barədə yaradıcı heyətlə fikir mübadiləsi
aparıb. Vaxtı ilə (2005-2011-ci illərdə) mərhum rejissor Faiq Zöhrabovun
quruluşunda teatrın repertuarında yer alan eyniadlı tamaşanın rəğbətlə
qarşılandığını diqqətə çatdıran Ə.Lalayev həmin tamaşa barədə xatirələrini
bölüşüb. O, yeni quruluşda hazırlanan tamaşanın rejissoru, Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov başda olmaqla, hər kəsə uğurlar arzulayıb.
Qeyd edək ki tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz
Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz
Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat
Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlililər, Şaban
Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim
Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Cəbrayıl Cəbrayılov iştirak edəcəklər.
Bu mövsümdən Musiqili Teatrla əməkdaşlığa başlayan tanınmış aktrisa,
Əməkdar artist Dilarə Əliyeva da “Adamın adamı”nın əsas ifaçıları sırasında
olacaq.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu
baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist
Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov,
konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.


Digər xəbərlər

0.2732720375061