Bakıda Novruz günlərinin hava proqnozu
Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli-Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 19-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.
Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 7-12 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.
Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.
Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.
Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.
Martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...