Almaniya Azərbaycanı etibarlı tərəfdaş hesab edir

11:43 23-03-2023 | icon 957
Almaniya Azərbaycanı etibarlı tərəfdaş hesab edir

Martın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar
səfəri çox uğurlu oldu. Bir daha gördük ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda
vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi
bütövlüyünü tam dəstəkləyir. Bu cəhətdən Almaniya Federativ Respublikasının Kansleri
Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər də hamımızda dərin maraq və
tərəfdaşlıqımızın daha da genişləndirilməsinə dərin inam oyadıb.
Almaniya lideri deyib ki, Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan
məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim
gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də
uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə
maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik. Almaniya beynəlxalq səviyyədə
öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Nəzərə almaq
lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından
biridir. Ona görə ki, Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara
ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə
bazarlarında da müsbət imicimizi qoruyuruq.
Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər
Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Biz, eyni
zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Hazırda Azərbaycan qazı
Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın
Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz
təchizatını həyata keçirmək planlaşdırılır. Hazırda Albaniya hökuməti ilə Albaniyanın
qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin
etmək üçün danışıqlar aparılır. Bu isə digər ölkələrlə də fəal əməkdaşlığa imkanlar
yaradır.

Ələddin Əliyev,
Cəlilabad şəhəri, Milli Məclis deputatın köməkçisi


Digər xəbərlər

0.25609707832336