“Turan Tovuz” panamalının transferini açıqladı

11:55 23-03-2023 | icon 1190
“Turan Tovuz” panamalının transferini açıqladı

“Turan Tovuz” yeni transferini açıqlayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Tovuz təmsilçisi Panama millisinin üzvü Roderik Millerlə müqavilə imzalayıb.

Hələ ki, müqavilənin şərtləri barədə məlumat verilməyib.

Müdafiəçinin son klubu İraqın “Əl-Mina” klubu olub.

O, bundan əvvəl “Atletiko Nasyonal”, “Feyrense”, “Okjetpes”, “San-Fransisko” klublarında oynayıb.


Digər xəbərlər

0.25932216644287