Profilində narkotiki təbliğ etdi, həbs olundu

20:36 25-03-2023 | icon 1087
Profilində narkotiki təbliğ etdi, həbs olundu

Samuxda narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib. 

 
 
 

Araşdırmalar zamanı şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.

 

 

Digər xəbərlər

0.36055207252502