“Azeri Light”ın qiyməti 76 dollara düşdü

20:39 25-03-2023 | icon 822
“Azeri Light”ın qiyməti 76 dollara düşdü

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,51 ABŞ dolları, yaxud 3,19 % azalaraq 76,25 ABŞ dolları təşkil edib.

Ötən gün isə Azərbaycan neftinin 1 barelinin qiyməti 78,76 ABŞ dolları olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Digər xəbərlər

0.2616081237793