Nuranə Ələkbərova: "Cəmiyyət həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın , gözəl ana idi"

15:12 28-04-2023 | icon 641
Nuranə Ələkbərova:

"Zəngin mənəviyyata sahib Zərifə Əliyeva əsl ziyalı kimi mənalı ömür yolu
keçmiş,elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr
vermişdir"

Bu fikirləri Azərbaycanın görkəmli alimi,əməkdar elm xadimi,tibb elmləri doktoru,professor,Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvi Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı Azeripress.az-a açıqlamasında Tovuz sosial-iqtisad kollecinin direktor müavini Nuranə Ələkbərova deyib.

Nuranə Ələkbərova bildirib ki, alimin oftalmologiya haqqında üzunmüddətli araşdırmaları yüksək
qiymətə layiq görülmüşdür:

"Bu araşdırmalarda irəli sürülən yeni,effektli müalicə
metodları qısa vaxtda geniş tətbiqini tapmışdır. Azərbaycanda ilk dəfə məhz
akademik Zərifə Əliyevanın təşəbbüsü ilə oftalmologiya məktəbinin ilk
tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat labaratoriyası
yaradılmışdır.Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması
işinə gərgin əmək sərf etmiş,gənc alimlərin və həkim – oftalmoloqların böyük
bir nəslini formalaşdırmışdır.
Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə- neçə gözə şəfa bəxş
etmiş, ən ağır,mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların,
yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı.Bu işdə ona
təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli
gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu.Zərifə xanım Əliyeva atasının –
görkəmli dövlət və elm xadimi,pedaqoq-alim,professor Əziz Əliyevin yolunu
davam etdirmişdi. Ailəyə məxsus ziyalılıq,əməksevərlilik,səmimilik, doğma
ocağa, xalqa və Vətənə məhəbbət Zərifə xanımın həyatında öz təcəssümünü
tapmışdı.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı
bir qadın , gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu
xanımı bir qadın, bir alim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən
ayrı düşünmək olmazdı. Zərifə xanım öz analıq vəzifəsinin öhdəsindən də çox
gözəl gəlmişdir.Onun savadı və digər müsbət xüsusiyyətləri övladları – cənab
Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da
onun yolunu getməsinə köməkçi olmuşdur.
Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev
Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir : “ Onun bütün fəaliyyəti,
gördüyü bütün işlər insan amilinə dayanırdı.Çünki o həm peşəkar həkim, eyni
zamanda çox xeyirxah insan idi. Ulu Öndər Heydər Əliyevin ömür- gün yoldaşı
olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi.Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxətəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur
hissi ilə səslənir.Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu
nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən
sevilir, əziz xatirəsi ehtiramla yad edilir."


Digər xəbərlər

0.36931705474854