Bayden İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.
Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.
Novruz bayramınız mübarək!".
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...