Novruz sülhü və tolerantlığı tərənnüm edir

12:08 28-03-2023 | icon 754
Novruz sülhü və tolerantlığı tərənnüm edir

Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə
qeyd edib. Novruz bayramı təbiətin oyanması və yeniləşməsinin rəmzidir.
Azərbaycan xalqı Novruz bayramını dörd həftə əvvəldən, yəni hər həftənin
ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq
çərşənbəsi olmaqla qeyd edir.
30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan
xalqımızın ürəyində bir nisgil var idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son
qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev
hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.
Ümummilli liderimiz,-“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə
Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna
inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da
Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər
reallığa şevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir.
Azərbaycan xalqı artıq üçüncü ildir Novruz bayramını qalib dövlətin
vətəndaşları olaraq qeyd edir. Artıq üçüncü ildir ki, Azərbaycan vətəndaşları
Novruz bayramını işğaldan azad olumuş ərazilərdə qarşılayır. Məhz,
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30
ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən
müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev
Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının
arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad
edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən
şanlı, qürurlu günləri sırasına daxil olur.
2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyevin birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada, Cıdır düzündə
bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibətilə təbrik
etməsi qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın
xatirəsinə, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu
ənənələrə dərin ehtiramın əlaməti idi: “Hazırda Azərbaycan Novruzu yeni sima
və imic ilə qarşılayır. Məhz, paytaxtımızın, bölgələrimizin, xüsusilə də işğaldan
azad olunmuş ərazilərin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər
təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-
quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha
təsdiqləyir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin
yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır”.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür,
habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi
ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür: “Milli ruhumuzu və
yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın
mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran
qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini,
məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün
zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm
şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ
birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə
yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz
bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan
müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə
qeyd etməyə başlayıb. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO
tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu gün artıq Novruz bayramı sülhü və tolerantlığı tərənnüm edən dəyər kimi
qəbul edilir.

Astanova Aysun
Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.31651902198792