Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan,Yunanıstan və İtaliyaya çatdırılır

12:10 28-03-2023 | icon 893
Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan,Yunanıstan və İtaliyaya çatdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ
Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.Azərbaycan Prezidenti İlham
Əliyevin Almaniyaya işgüzar səfəri, Almaniyanın dövlət və hökümət başçıları ilə görüşləri
Almaniyanın aparıcı mətbuatının, eləcə də beynəlxalq mətbuatın diqqətində
olub.Almaniyanın federal hökümətinin rəsmi internet portalında dərc edilən "Əhəmiyyətli
artan tərəfdaş" başlıqlı məqalədə Almaniyanın enerji təminatının diversifikasiyasında
Azərbaycanın dəstək göstərə biləcəyi qeyd edilib. Bu barədə Azərbaycan Prezidenti
İlham Əliyevlə Berlində görüşən Kansler Olaf Şolts danışıb. Şolts eyni zamanda mətbuat
konfransında diqqətə çatdırıb ki, Almaniya və Azərbaycan ikitərəfli əməkdaşlığa daha da
dərinləşdirməyi qarşıya məqsəd qoyublar.Danışılan məsələrdən biri də əlbəttə
Azərbaycaın qaz ixracı olmuşdur. Belə ki, hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan,
Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır.Azərbaycan özünü dünyaya nəhəng
ehtiyatlara malik qaz ölkəsi kimi təqdim edir. Azərbaycanın zəngin karbohidrogen
ehtiyatlarının işlənməsi və istehlakçı ölkələrə çatdırılması üçün zəruri infrastruktur
qurulması istiqamətində növbəti böyük uğura imza atılıb. Azərbaycan qazını Avropaya
nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 9,5 milyard kubmetrdən
çox qaz nəql edilmişdir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və
Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.Qeyd edək ki,
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan
sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində
hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət
şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz”
konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-
30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan
ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı
gözlənilir.Trans-Anadolu qaz kəməri (TANAP) işə salınandan (2018-ci ilin iyun ayının 30-
dan etibarən) onun vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və Avropaya 40
mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.Qeyd olunmalıdır ki, ötən il TANAP-la Türkiyə
və Avropaya 17 mlrd. kubmetrdən artıq qaz nəql edilib, bunun 5,8 mlrd. kubmetri
Türkiyəyə, 11,3 mlrd. kubmetri isə Avropaya çatdırılıb.
Hazırda TANAP-ın ötürmə gücü 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd.
kubmetri isə Avropa üçün nəzərdə tutulub). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd.
kubmetrədək artırıla bilər.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.


Digər xəbərlər

0.28149700164795