Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı

19:30 28-03-2023 | icon 674
Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub. 

 
 
 
 

Qazaxın "Göyəzən" ağır atletika klubunun təmsilçisi təkanla qaldırma hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib.

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Alməmmədov bu nəticə ilə rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.


Digər xəbərlər

0.32724094390869