Yeni idarəetmə üsulunun tətbiqi genişləndirilməlidir

20:51 29-03-2023 | icon 1263
Yeni idarəetmə üsulunun tətbiqi genişləndirilməlidir

Laçın rayonunun erməni işğalından azad olunması tarixi ədalətin bərpası olmaqla yanaşı Müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın və ordumuzun böyük əhəmiyyət kəsb edən qələbəsidir. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın əhalisi öz doğma şəhərinə qayıdacaq və əbədi olaraq öz torpaqlarında yaşayacaqlar. Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri nəticəsində yeni quruculuq işləri həyata keçirilməyə başlanmış, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq olmuş, Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılmış və “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi həyata keçirilmişdir.

Prezident cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul olunması ilə əlaqədar qəbul edərkən demişdir ki, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri, çox gözəl imkanlar yaradılacaq.

 Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.

        Prezidentin tapşırıqları diqqət çəkir. Dövlətimizin başçısı demişdir ki, biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik. Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.

        Bu tapşırıqlar istisnasız olaraq hər bir məsul şəxsə aiddir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Həsənxan Qasımov,

Cəlilabad rayon Su-kanal sahəsinin rəisi


Digər xəbərlər

0.29420018196106