Azərbaycanın İsraildə səfirliyi açıldı - Tarixi gün!


İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen iştirak edib.
Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.
-
Prezident Kişinyovda Zirvə toplantısında - Fotolar
...
-
İlham Əliyev Moldovaya getdi - Foto
...
-
İlham Əliyev beynəlxalq tədbirin açılışında iştirak edir
...
-
İsrail Prezidenti və xanımı Şəhidlər xiyabanında - Fotolar
...
-
Türkiyədə parlament seçkilərinin yekun nəticəsi açıqlandı
...
-
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
...
-
Prezidentlərin təkbətək görüşü oldu
...
-
İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb
...
-
Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik etdi
...