Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əməkhaqlarının 10 faiz artırılması ilə bağlı Sərəncam imzalayıb.
Müəllimlər isə həmin sənədə əsasən, fevralın 1-dən tətbiq edilməsi nəzərdə tutulan artımları hələ də ala bilmədiklərini deyirlər. Onlar bildirir ki, maaşları verilsə də, artım əlavə edilməyib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin maaş artımları yaxın günlərdə ödəniləcək: "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, həmçinin dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşlarının artımları yaxın günlərdə ödəniləcək".
Rəsmi məlumata görə, sözügedən kateqoriyadan olan şəxslərə fevral-mart maaşları tam olaraq köçürülüb: “Yaxın günlərdə isə iki ay üzrə artımlar tam olaraq ödəniləcək”.
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...