“Heydər Əliyev Mərkəzində bələdiyyə sədrlərimiz ulu öndərin zəngin həyat və fəaliyyəti ilə daha yaxından tanış olub” - Təmraz Tağıyev

14:17 30-03-2023 | icon 760
“Heydər Əliyev Mərkəzində bələdiyyə sədrlərimiz ulu öndərin zəngin həyat və fəaliyyəti ilə daha yaxından tanış olub” - Təmraz Tağıyev

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı və paytaxtətrafı bələdiyyə sədrləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Bu barədə Azərbaycan Şəhər Bələdiyyələri Milli Asssosiasiyası və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

 

Ziyarətdə Bələdiyyələrlə İş mərkəzinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Rəhman Məmmədov və mərkəzin məsul işçiləri də iştirak ediblər.

“Məlumdur ki, özünüidarəetmə orqanlarının statusunun əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin təsis edilməsi, ilkin dövrdə formalaşması, habelə qanunvericilik bazasının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır”, - T. Tağıyev deyib.

Onun sözlərinə görə, bələdiyyə sədrləri Heydər Əliyev Mərkəzini ziyarət etdikcə ulu öndərin zəngin həyat və fəaliyyəti barədə məlumatlar əldə edib, müstəqil Azərbaycanın inkişafındakı əvəzedilməz rolunun bir daha şahidi olub.

Sədr qeyd edib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ilin sonunadək ulu öndərin 100 illik yubileyi münasibətilə tədbirləri davam edirəcək.

 

 


Digər xəbərlər

0.25776815414429