Külək güclənəcək, yağış və qar yağacaq
Hava şəraiti haqqında məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 30-u axşamdan aprelin 01-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti aprelin 03-ü səhərədək davam edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.
Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Aprelin 01-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...