"Ovçular" - Xəyalınızdakı dad

02:15 31-03-2023 | icon 1250

Azərbaycanda özəl sektorun inkişafı, iş adamlarının hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.

Bu gün ölkəmizdə biznesin inkişafına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər özəl sektorda uğurlu islahatlar aparılmış,bu sahənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

Paytaxt Bakımızda fəaliyyət göstərən “Ovçular ət və ət məhsulları” MMC - də belə nümunəvi müəsəssidir.

Burada edilən keyfiyyətli istehsal da buna bariz nümunədir. 

Görülən işlər nəticəsində burada istehlakçıların məmnuniyyəti üçün cür şərait yaradılıb. Əməkdaşlar arasında əmək intizamına ciddi əməl olunur.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir.

Ötən illər ərzində "Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli "Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

 Xatırladaq ki, 1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən "Ovçular” MMC müasir şirkətə çevrilib.

Müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında “Ovçular ət və ət məhsulları” MMC ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da deyə bilərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından kollektiv qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Burada istehlakçılara göstərilən xidmət olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda “Ovçular ət və ət məhsulları” MMC haqqında bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər “Ovçular ət və ət məhsulları” MMC-nin və rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, “Ovçular ət və ət məhsulları” MMC-nin rəhbəri dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün həm kollektiv həm də müştərilər tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin “Ovçular ət və ət məhsulları” MMC ilə bağlı gedən böhtan xarakterli yazıların “mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Xüsusi olaraq qeyd edək ki,belə tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. 

Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

 


Digər xəbərlər

0.25771617889404