“Hell Energy” Azərbaycanda alüminium içki qutularını istehsal edəcək
Macarıstanın “Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.
Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.
İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələr arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır.
Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında yazıb.
Nazirin sözlərinə görə, Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.
Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır. Şirkətin nizamnamə kapitalı 267 milyon manat təşkil edir.
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...