Qaradağda 31 Mart Soyqırımı ilə bağlı tədbir - Fotolar
Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önünə əklilqoyma mərasimi keçirilib.
Tədbirdə Qaradağ RİH başçısı Süleyman Mikayılov, aparatın müavinləri və şöbə müdirləri, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, şəhid ataları, ağsaqqallar, Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar.
Tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 105 il ötdüyünü yad ediblər.
Qeyd edilib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...
-
Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir
...
-
Strateji əməkdaşlıq üçün çox gözəl zəmin
...