Səttar Möhbalıyev: “31 Mart soyqırımı şovinist ermənilərin vəhşi xislətinin nümunəsidir”

15:13 31-03-2023 | icon 812
Səttar Möhbalıyev: “31 Mart soyqırımı şovinist ermənilərin vəhşi xislətinin nümunəsidir”

“Azərbaycan torpaqlarına gəldikləri vaxtdan ermənilər ancaq məkrli
niyyətlərlə yaşayıblar, uydurduqları “Böyük Ermənistan” ideyasını gülünc də
olsa, reallaşdırmağa çalışıblar. Xain və təcavüzkar xislətlərinə uyğun olaraq, bu
yolda etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçiriblər. Tarixin
hansı səhifəsini vərəqləsək, erməni millətçilərinin çirkin oyunlarının şahidi
olarıq. Əsasən siyasi dəyişikliklər, inqilablar ərəfəsində xüsusilə fəallaşıb,
yaranmış siyasi boşluğu özləri üçün əlverişli məqam hesab ediblər və beləcə
zaman-zaman tarixin qara səhifələrinin müəllifi olublar. Onların xalqımızın
başına gətirdiyi ən qanlı faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında
xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmişə olduğu kimi, bu dəfə
də onların hədəfində əsasən dinc sakinlər olublar. On minlərlə dinc sakin etnik
və dini mənsubiyyətinə görə öldürüldü, yaşayış məntəqələri, tarixi mədəniyyət
abidələri, məscid və qəbiristanlıqlar dağıdıldı. Ümumilikdə 1918-ci ilin 30 mart
- 3 aprel tarixlərində Bakı şəhəri ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti
qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox
azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz ata-baba yurdundan qovuldu”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Erməni qəsbkarlarının törətdiyi soyqırımının qurbanları arasında minlərlə
ləzgi, rus, avar, talışlar da olub. Yeri gəlmişkən, həmin qanlı hadisələr zamanı
Gəncədə, Qubada və digər bölgələrdə 3 minə qədər Yəhudi erməni quldur
dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlar törətdikləri bu əməlləri
xüsusi qədarlıqlarla həyata keçiriblər. Belə ki, Qubada aşkarlanan kəllə və digər
insan sümüklərində güllə yeri aşkarlanmayıb. Məlum olub ki, onların hamısı kütalətlərlə qətlə yetirilib, baş nahiyəsindən balta ilə vurulublar, başları bədənlərindən ayrılıb.

Hətta bir neçə kəllə sümüklərində mismarlar aşkarlanıb.
İnsanların bu cür qətlə yetirilməsi bilavasitə erməni milliyyətçilərinin yırtıcı,
insanlığa uyğun gəlməyən hərəkətlərinin bariz nümunələridir”, - Milli Məclisin
deputatı bildirib.

AHİK sədri qeyd edib ki, Sovet hakimiyyəti dövründə ermənilər tərəfindən
soydaşlarımıza qarşı törədilmiş soyqırımıları, qətliamları unutdurmağa
çalışıblar, istəyirdilər ki, belə qara səhifələri tarixdən qoparıb atsınlar: “SSRİ
dağıldıqdan sonra bu cür hadisələrin üzərindən pərdələr götürüldü. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci il martın 26-da
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Fərmanda
azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımılarının ilk dəfə rəsmən adı
çəkildi, erməni şovinistlərinin azərbaycanlı əhaliyə qarşı aparılmış etnik
düşmənçilik siyasətinin kökləri açıldı, anti-Azərbaycan qüvvələrin məkrli
əməllərinə siyasi qiymət verildi. Eləcə də Fərmanla 31 mart günü
Azərbaycanlıların Soyqırımı Günü elan edildi”.

“Tarix sübut edir ki, erməni millətçilərinin xarakteri dəyişən deyil, öz
vəhşi, qaniçən xislətlərini zaman-zaman nümayiş etdirirlər. Onlar 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə daha bir bəşəri cinayətə əl atdılar. Belə ki,
Xocalı şəhərini yerlə-yeksan etdilər, qocaları, qadınları, uşaqları dünyanın gözü
qarşısında xüsusi amansızlıqla öldürdülər. Ermənilər 44 günlük Vətən
müharibəsində dinc mülki şəxsləri hədəfə almaqla da müharibə cinayətlərinə əl
atdılar. Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu
və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs həlak
oldu, 400-dən çox mülki şəxs yaralandı”, - Səttar Möhbalıyev vurğulayıb.
Onun sözlərinə görə, erməni şovinistlərinin törətdikləri bütün
soyqırımılarının, terrorların cavabı artıqlaması ilə verildi və qisas layiqinc əalındı:

“Amma ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu bunu müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində döyüş meydanında etdi. İşğalçı ordu rəşadətli əsgər və
zabitlərimiz tərəfindən məhv edildi, sağ qalan tör-töküntüləri isə yalnız
qaçmaqla canlarını qurtara bildilər”.


Digər xəbərlər

0.30288314819336