Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub
Aprelin 21-də Bakı start götürəcək Avropa Badminton Konfederasiyasının Konqresinin gündəliyi bəlli olub.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək tədbirdə quruma üzv federasiyaların forumu keçiriləcək.
Avropa badminton nümayəndə heyətlərinin illik sayca 56-cı iclasında 2024-cü ildə Fransanın paytaxtı Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunacaq.
Konqresin devizi inklüziv badminton olub, bu idman növünün hər kəs üçün əlçatanlığını tərənnüm etməkdir.
Qeyd edək ki, Bakı Avropa Badminton Konfederasiyasının ötən il Maltanın paytaxtı Vallettada baş tutan illik toplantısında 3 namizəd şəhər arasından tədbirə ev sahibliyi etmək hüququ qazanıb.
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...
-
“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı
...
-
“Beşiktaş” Qurban Qurbanovu istəyir
...
-
Azərbaycan Kubokunun finalı bu stadionda olacaq
...