Sabahın havası açıqlandı


Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-9° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 11-16° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
Samux Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilib
...
-
Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüş keçirildi
...
-
Qaradağda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi
...
-
Sabah 31° isti olacaq
...
-
Yüksək inam, bütöv söz
...
-
Etibarlı əməkdaşlıq əlaqələri
...
-
Yeni reallıqlar zəminində fəaliyyət
...
-
Dostluğun və birliyin parlaq təzahürü
...
-
Tərəfdaş ölkə olan İsraillə iş birliyimiz güclənir
...