Rasim Balayevin Prezidentlə bağlı maraqlı xatirəsi - Video

23:34 03-04-2023 | icon 1372
Rasim Balayevin Prezidentlə bağlı maraqlı xatirəsi - Video

Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə bağlı maraqlı xatirəsini danışıb.

O, bu barədə “Ötən günlər” verilişində söz açıb.

Rasim Balayevin sözlərinə görə, maraqlı dialoq Şamaxıda Nəsiminin heykəlinin açılışı zamanı baş verib:

“Anar Rzayevin maşınında getmişdik. Hamı pencəkdə idi, mən də gödəkçədəyəm. Gödəkçəni çıxardım ki, görüm kimə verim? Gördüm ki, hamısı nazirdir, təzədən geyindim. Prezidentə yaxınlaşıb dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, məni bağışlayın. O da dedi ki, narahat olmayın. Cənab Prezident məndən soruşdu ki, Rasim müəllim, siz canlı Nəsimisiniz, heykəl necədir? Dedim ki, cənab Prezident yaxşıdır, amma kino da çəkilmir, yaxşı pul versələr, səhər gəlib axşama kimi duraram burada. Prezident bərkdən güldü, ətrafdakılar elə bildi ki, lətifə danışıram. Mən o sözlə ölkə başçısına çatdırdım ki, kino çəkilmir”.

 

 
 
 

Digər xəbərlər

0.20311999320984